2021-ci ildə Türkiyədə təbii qaz istehlakı, gözlənildiyi kimi, 60 milyard kubmetri ötəcək. Bu barədə Türkiyənin energetika nazirinin müavini Alparslan Bayraktar Gastech konfransı çərçivəsində jurnalistlərə məlumat verib.
“Son bir neçə il ərzində elektrik enerji istehlakı artıb, eyni zamanda bərpa olunan enerji mənbəıləri gözə çarpan rol oynamağa başladı, elektrik enerjisi tərəfindən qaz istahlakı isə bir qədər azalıb. Biz bu il görürük ki, qaz istehlakı artır. Qazın yüksək qiyməti enerji ehtiyatlarının tədarükünə təsir edir. Ötən il daha çox maye qaz əldə edə bildik (15 milyard kubmetr - İF), çünki qiymətlər rəqabətə əsasən olub, bu il həqiqətən ağır olacaq, lakin biz Azərbaycan, Rusiya kimi cari tədarükçülərlə yeni müqavilələr və həcmlərə dair danışıqlar aparırıq, çünki cari ilin sonunda “Qazprom” ilə müqavilələrin bir hissəsinin müddəti bitir. Danışıqlar yaxşı gedir”, - Bayraktar qeyd edib.
Hazırda Azərbaycan Türkiyəyə bir il əvvələ olan göstəricinin təxminən yarısı qədər qaz ixrac edir. Aprel ayından etibarən “Şahdəniz” layihəsi üzrə konsorsium müqavilənin müddəti sona çatması ilə əlaqədar “Mərhələ-1” çərçivəsində Türkiyəyə qaz tədarükünü dayandırıb. Yeni müqavilə hələlik imzalanmayıb. Hər ay Türkiyəyə maye qaz tədarükü azalır. **