Belarusun xarici işlər nazirinin birinci müavini Aleksandr Quryanov və Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev arasında görüş keçirilib, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
“Sentyabrın 20-də baş tutmuş görüş zamanı Belarus-Azərbaycan münasibətlərinin iqtisadi, siyasi və humanitar sahələrdə inkişafı ilə bağlı aktual məsələlər, Minsk və Bakının beynəlxalq meydançalarda qarşılıqlı əlaqələri müzakirə olunub”, - “İnterfaks-Azərbaycan” qeyd edir ki, bu barədə Belarus XİN məlumat verir.
Tətərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın növbəti iclasna hazırlığın gedişinə xüsusi diqqət ayırıblar. **
R.Əhmədov