Qazaxıstan COVİD-19 üzrə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar Azərbaycanla hava əlaqəsini bərpa etməyi planlaşdırır.
“Qazaxıstan karantin məhdudiyyətlərinin yumşaldılması ilə əlaqədar Azərbaycanla hava əlaqəsini bərpa edəcək. Bütövlükdə, Qazaxıstan hökuməti 16 ölkə ilə hava əlaqəsini bərpa etməyi və uçuş sayını artırmağı qərara alıb (Azərbaycan, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Almaniya, Maldiv adaları, Cənubi Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı, Küveyt), - Qazaxıstanın COVİD-19-un yayılmaması üzrə İdarələırarası Komissiyasının məlumatında deyilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Bundan başqa, Komissiyanın qərarına əsasən, əlverişli epidemioloji vəziyyət və əhalinin vaksinasiyasının yüksək səviyyəsi ilə 30 əlaqədar ölkənin vətəndaşları üçün vizasız rejim bərpa olunacaq. **
N.Abbasova