Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Mühəndislik Tikinti Təchizat MMC-dən istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqlar alıb.
“İnterfaks-Azərbaycan” www.etender.gov.az saytındakı məlumata istinadən bildirir ki, şirkətlə 4 milyon 894,05 min manat məbləğində müvafiq müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə görə, Mühəndislik Tikinti Təchizat nəinki həmin avadanlığı tədarük edəcək, həm də bir sıra təhsil müəssisələrində quraşdıracaq. **
X.Nəsirzadə