Azərbaycanın Arqentinadakı səfiri Rəşad Aslanov Buenos-Ayresdə La-Rioxa vilayətinin senatoru (Çili ilə sərhəddə Arqentinanın qərbi) Rikardo Qerra ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” Arqentina mətbuatına istinadən məlumat verir.
“Tərəflər əlaqələri möhkəmləndirmək və La-Rioxa vilayətindən məhsullar üçün Azərbaycan bazarını genişləndirmək üçün qarşılıqlı arzu ifadə ediblər”, - məlumatda deyilir.
O cümlədən, tərəflər ASK sahəsində texnoloji əlaqələrin imkanlarını müzakirə ediblər. **
E.Şəfieyev