Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone ilə birgə layihələrin reallaşdırılmasını müzakirə edib.
Görüşdə, həmçinin AYİB-in Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen iştirak edib.
Cabbarov Facebook səhifəsində yazıb ki, görüş zamanı AYİB-in nümayəöndələri ilə Gəncədə “Yaşıl şəhər Proqramı”nın icrası vəAzərbaycanın digər şəhərlərində bu proqramın tətbiqi imkanları müzakirə olunub.
Həmçinin, yeni investisiya layihələri və erməni işğalından azad olunmuş ərazilərimizin (Qarabağ və Şərqi Zəngəzur - İF) potensialının reallaşdırılması məsələləri müzakirə edilib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində AYİB Azərbaycanda 177 layihənin maliyyələşdirilməsinə təxminən 3,5 milyard avro vəsait ayırıb. Hazırda bankın Azərbaycan üzrə aktiv portfeli 36 layihədən ibarətdir, bu layihələrə 1,124 milyard avro ayrılıb. **
B.Rüstəmbəyov