Azərbaycanda koronavirus infeksiyasına 1 min 594 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 475,053 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 740 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər (ötən gün 22 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 353 nəfərə çatıb.
Virusa yoluxmuş 439,08 min nəfər (sutka ərzində +2 min 543) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 29 min 620 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 583 (ötən gün 7 min 103 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 764,847 min test aparılıb.**
B.Rüstəmbəyov