Asiya İnkişaf Bankı (AİB) 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,2% səviyyəsində proqnozlaşdırır. Bu barədə bu gün dərc olunmuş “Asian Development Outlook 2021 Update” icmalında deyilir.
Aprel ayında AİB cari il üçün Azərbaycanda ÜDM-nin artımını 1,9% səviyyəsində proqnozlaşdırmışdı.
“İnterfaks-Azərbaycan” agentliyi bildirir ki, bank 2022-ci ildə Azərbaycanın iqtisadi artımının qiymətləndirilməsini 2,5% səviyyəsində saxlayıb.
AİB-in proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 4,5% (aprel proqnozu - 3,5%) təşkil edəcək, lakin 2022-ci ildə 3%-ə qədər (aprel ayının proqnozuna uyğundur) azalacaq.
AİB-in qiymətləndirmələrinə görə, 2021-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 7%-ni (aprel proqnozu - ÜDM-in 3,9%-i), 2022-ci ildə ÜDM-in 8,1%-ni (aprel proqnozu - ÜDM-in 5,5%-i) təşkil edəcək.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 4,6%, orta illik inflyasiyanı 4,9% səviyyəsində proqnozlaşdırır.
COVID-19 pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb, inflyasiya 2,8% təşkil edib.*
A.Əzizov