Xorvatiyanın xarici işlər və Avropaya inteqrasiya naziri Qordan Qrliç-Radman oktyabr ayında Azərbaycana səfər edə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Azərbaycan tərəfi Xorvatiya XİN başçısının bu ilin oktyabrında Bakıya rəsmi səfər etməsi üçün rəsmi dəvəti ötən həftə çatdırıb”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası da keçiriləcək. İclasda Xorvatiya şirkətləri ilə qarşılıqlı ticarət əlaqələrinin gücləndirilməsi məsələsi müzakirə olunacaq.*
E.Şəfiyev