31 avqust 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 33 milyard 426,7 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-avqust aylarında bankların aktivləri 4,3% artıb.
Avqustun sonuna bankların kredit portfeli 15 milyard 206,8 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,4% - İF) təşkil edir.
Avqustun 31-nə bankların ümumi kapitallaşması 4 milyard 813,7 milyon manat (artım 2,4% - İF) təşkil edir.
Bankların öhdəlikləri 28 milyard 613 milyon manata (artım 4,6%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 370,9 milyon manat məbləğində (azalma 0,9%) qiymətləndirilir. Banklarda depozit portfeli 22 milyard 749,7 milyon manat (artım 9,8%), o cümlədən əhalinin əmanətləri 8 milyard 400,2 milyon manat (artım 4,4%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında bankların ümumi xalis mənfəəti 455,2 milyon manat təşkil edib (2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 4%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 362 milyon manat (artım 7,4%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 92,1 milyon manat (artım 8,6%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 576,2 milyon manat məbləğində (artım 35,3%) olub.
Bu dövrdə bankların faiz xərcləri 352,7 milyon manat (artım 9,4%), o cümlədən depozitlər üzrə 232 milyon manat (artım 13,5%), qeyri-faiz xərcləri 916,8 milyon manat (artım 21,8%) təşkil edib.
8 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 644,8 milyon manat (artım 11,9%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 537,1 milyon manat məbləğində (azalma 1,4%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 81,9 milyon manat (azalma 23,4%) təşkil edib.
31 avqust 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Avqustun sonuna bankların 466 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,4%) və 103 şöbəsi (azalma 5,5%) var.
Bank sektorunda 19,344 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,4% - İF) çalışır.*
X.Nəsirzadə