2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan banklarının biznes, ipoteka və istehlak kreditləri üzrə portfeli artıb.
Mərkəzi Bankın məlumatına görə, 2021-ci il avqustun 31-nə bankların kredit portfeli 15 milyard 206,8 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,4%) həcmində qiymətləndirilir.
8 ay ərzində bankların biznes kreditləri üzrə portefli 3,9% - 8 milyard 810 milyon manatadək və ya bankların bütün kredit portfelinin 57,9%-i səviyyəsində artıb.
Hesabat dövründə bankların istehlak kreditləri üzrə portfeli 12,9% - 4 milyard 132,9 milyon manatadək artıb, xüsusi çəki 27,2% təşkil edib.
8 ay ərzində bankların ipoteka kreditləri üzrə portfeli 12,2% - 2 milyard 263,9 milyon manatadək (bankların bütün kredit portfelinin 14,9%-i) artıb.
2021-ci il avqustun 31-nə Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir.*
X.Nəsirzadə