Cümə axşamı BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç ilə görüşüb.
“Tərəflər Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycan ilə Avropa Şurası arasında 2022-ci il üzrə Fəaliyyət Planı, eləcə də regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar”, -Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
Bayramov Peyçinoviçə üçtərəfli bəyanatların icrası ilə bağlı məlumat verərək, bu xüsusda Ermənistanın əsassız iddialarının “bölgədə sülh quruculuğu ilə bağlı kövrək vəziyyətin” gərginləşdirilməsinə xidmət etdiyini vurğulayıb.
“Öz növbsində, Peyçinoviç AŞ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib”, - məlumatda deyilir. **
E.Şəfiyev