1 sentyabr 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,844 min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 4,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Sentyabrın 1-nə Bakıda 1,502 min ədəd (artım 5,1%), bölgələrdə 1,342 min ədəd (artım 4,4%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 59,395 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 4% çoxdur.
Bununla yanaşı, Bakıda 39,666 min ədəd (artım 5,4%), regionlarda 19,729 min ədəd (artım 1,2%) pos-terminal quraşdırılıb.
AMB-nin məlumatına görə, avqust ayında quraşdırılmış pos-terminalların sayı 600 ədəd azalıb. Bununla yanaşı, əgər avqust ayı ərzində Bakıda quraşdırılmış pos-terminalların sayı 586 ədəd azalıbsa, regionlarda 14 ədəd azalıb.
Pərakəndə ticarət obyektlərində 57,984 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,6%-i quraşdırılıb.**
X.Nəsirzadə