Iqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə əsasən, 2021-ci ildə Azərbacanda ÜDM-in artımı 4% təşkil edə bilər. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Əgər öncə 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,4% səviyyəsində proqnozlaşdırılırdısa, indi biz bu proqnozu 4%-dək yaxşılaşdırdıq”, - Cabbarov cümə axşamı Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) hazırladığı Azərbaycanda biznes mühitinə dair növbəti hesabatın təqdimatında qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq partnyorlar cari il üçün Azərbaycanda ÜDM-in artımını 1,7% səviyyəsində proqnozlaşdırıb.
Qeyri-neft ixracına toxunan Cabbarov vurğulayıb ki, 2021-ci il yanvar-iyul aylarının yekunları üzrə ilk dəfə həcm $2 milyarda çatıb və bir il əvvələ olan göstərici ilə müqayisədə 37% artıb. Eyni zamanda, nazir əlavə edib ki, nəinki pul ekvivalentində, həm də ixrac olunan malların sayında qeyri-neft ixracının artımı müşahidə olunur.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19-a görə və OPEC+ çərçivəsində neft hasilatında məhdudiyyətlər səbəbindən 4,3% təşkil edib. **
B.Rüstəmbəyov