Azərbaycan iqtisadiyyatı COVİD-19 koronavirusun nəticələrindən gözlənildiyindən daha sürətli tepmlərlə bərpa olunur. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“İqtisadiyyatın bərpası gözlənildiyindən daha sürətli templərlə davam edir. Son 15 ay ərzində (COVİD-19 pandemiyası dövründə) birbaşa maliyyələşdirmə, kompensasiyalar, subsidiyalar və digər sosial dstək mexanizmləri kimi biznesin dəstəyi üzrə yeni mexanizmlər tətbiq emişik”, - Cabbarov cümə axşamı Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) hazırladığı Azərbaycanda biznes mühitinə dair növbəti hesabatın təqdimatında qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, bu dövr ərzində ölkədə sahibkarlara 1,1 milyard manat məbləğində kreditlər verilib, elektron platformalar çərçivəsində kreditləşmənin həcmi 123 milyon manata çatıb.
Vergi yığımına toxunan Cabbarov vurğulayıb ki, özəl sektor qeyri-neft sektorunun xətti ilə dövlət büdcəsinə daxilolmaların 75%-ni təmin edir.
Xəbər verildiyi kimi, 8 ay ərzində Azərbaycanda ÜDM-in artımı 3,6% təşkil edib.
Dünya Bankının qiymətləndirmələrinə əsasən, Azərbaycan iqtisadiyyatı 2022-ci ilin birinci yarısında böhrandan öncəki səviyyəyə qayıdacaq.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19-a görə və OPEC+ çərçivəsində neft hasilatında məhdudiyyətlər səbəbindən 4,3% təşkil edib. **
B.Rüstəmbəyov