Rusiya Federasiya 2024-cü ildə Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsini 2019-cu ilin göstəricisi ilə müqayisədə 40% artırmağı planlaşdırır. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bəyan edib.
“Rusiyanın sənaye və tiarət naziri Denis Manturov tərəfindən Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının aktivləşdirilməsi üzrə Ölkə üzrə Fəaliyyət Planı təsdiq olunub. Həmin Planda Ticarət Nümayəndəliyimizin icra etməli olduğu konkret indeks yer alıb – 2024-cü ildə ticarət dövriyyəmizi 2019-cu ilə nisbətən 40% artırmaq”, - Mirsayapov cümə axşamı mətbuat konfransında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Xəbər verildiyi kimi, Azərbaycan tərəfinin məlumatına görə, 2019-cu ilin yekunları üzrə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi $3 milyard təşkil edib.
Mirsayapov qeyd edib ki, aralıq məqsəd 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 2019-cu ilin göstəricisi ilə müqayisədə artırmaqdır. Həmçinin, ticarət nümayəndəsi vurğulayıb ki, 2021-ci ilin 7 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 8,2% - $1 milyard 724,8 milyona qədər artıb.
“Məqsədimiz – 2019-cu ilin göstəricilərini üstələməkdir. Statistika göstərir ki, hazırki mərhələdə bu vəzifəni biz reallaşdırırıq: əgər cari ilin 7 ayını 2020-ci pandemiya ili və 2019-cu illə müqayisə etsək, o zaman biz artım görürük. Biz 2019-cu ilin göstəricilərini üstələmək və pandemiayadn əvvəlki dövrdə mövcud müsbət dinamikanı davam etdirmək istəyirik”, - Mirsayapov vurğulayıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin yelinları üzrə Azərbaycan-Rusiya ticarət dövriyyəsi $2 milyard 671 milyon 545,75 min təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 11,6% azdır. 2020-ci ildə ticarət dövriyyəsinin azaılması COVİD-19 ilə əlaqədar olub. **
X.Nəsirzadə