BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüb.
“Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu qeyd edilib”, - Azərbaycan XİN məlumat verir.
Həmçinin, Bayramov bölgədə olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış və digər məsələlər barədə Lindeyə məlumat verib.
“Bayramov və Linde (Qarabağda - İF) münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsi ətrafinda fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır.
Görüşdə həmçinin Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri müzakirə olunub. **
E.Şəfiyev