2021-ci ilin noyabr-dekabr aylarında Rusiyanın bir sıra regionlarından iş adamları işgüzar əlaqələr qurmaq məqsədilə Azərbaycana səfər etməyi planlaşdırırlar. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bəyan edib.
“Cari il oktyabr ayından etibarən Rusiyanın regionlarından bir neçə nümayəndə heyəti həmçinin bir sıra sərgilərdə (Baku Build, Aqua Therm, Rebuild Karabakh) iştirak məqsədilə Azərbaycana səfərə gələcəklər. O cümlədən, onlar üçün işgüzar danışıqlar təşkil ediləcək. Bu formatda Moskva, Orlovsk vilayəti, Krasnodar diyarı, Yaroslavl vilayəti, Rostov və Nijqorod vilayətlərindən iş adamları səfərə gəlməyi planlaşdırırlar”, - Mirsayapov bu gün keçirilən mətbuat konfransında bildirib.
O, həmçinin xatırladıb ki, Azərbaycan rəsmiləri və işgüzar dairələri Rusiyada keçirilən konqress-sərgi tədbirlərində fəal iştirak edirlər. “Azərbaycan stendləri çox böyük diqqət cəlb edirlər və Azərbaycan məhsullarının Rusiyanın tədarükünə dair yeni müqavilələr imzalanır”, - Mirsayapov vurğulayıb.
Ticarət nümayəndəsi əlavə edib ki, cari ilin iyun ayından etibarən karantin rejiminin yumşaldılması hesabına Moskva, Saratov vilayəti, Adıqey, Kirovsk və Bolqoqrad vilayətlərindən biznes missiyalar Azərbaycana səfər ediblər.
“Həmin biznes missiyalar çərçivəsində 50-dən çox şirkət Azərbaycana səfər edib. Yeni müqavilələrə dair razılaşmalar əldə olunub”, - Mirsayapov qeyd edib. **
X.Nəsirzadə