Azərbaycanda koronavirus infeksiyasına 1 min 178 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 477,587 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 356 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər (ötən gün 17 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 394 nəfərə çatıb.
Virusa yoluxmuş 444,053 min nəfər (sutka ərzində +2 min 322 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 27 min 140 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 331 (ötən gün 13 min 546 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 790,724 min test aparılıb.**
X.Nəsirzadə