Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq humanitar hüquqa riayət edərək vicdanlı döyüş aparıb və hərbi cinayətlər törətməyib. Bunu Prezident İlham Əliyev deyib.
“Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı”, - deyə İ.Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan vicdanlı döyüş aparıb, beynəlxalq humanitar hüquqa riayət edib və hərbi cinayətlər törətməyib.
“Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar”, - deyə prezident vurğulayıb.*
B.Rüstəmbəyov