Bakı Moskva ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Prezident İlham Əliyev deyib.
“Bizdə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı gedir.Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi artıq yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək”, - deyə Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.
Prezident Azərbaycan ilə RF arasında əməkdaşlığın gələcəkdə yüksələn xətt üzrə davam edəcəyinə əminliyini ifadə edib.*
N.Abbasova