Azərbaycan 2021-ci ilin yanvar-avqust aylarında 971,9 milyon kVt·st elektrik enerjisi ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
İrana 238,9 milyon kVt·st, Türkiyəyə 164,1 milyon kVt·st, Rusiyaya 63,7 milyon kVt·st, Gürcüstana isə 505,2 milyon kVt·st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 110,6 milyon kVt·st (artım 16,8%) olub. İrandan 22,4 milyon kVt·st, Rusiyadan 63,5 milyon kVt·st, Gürcüstandan isə 24,7 milyon kVt·st elektrik enerjisi idxal edilib.*
N.Abbasova