Hər xalqın tarixində həm sevincli, həm də faciəli günlər var. Əfsuslar olsun ki, son 100 il ərzində Azərbaycanın tarixində xalqımızın taleyinə və gələcək hadisələrə mühüm təsir edən çox sayda faciəli hadisələr olub. Bu həm1918-ci il 31 mart, 1920-ci il 20 aprel, 1990-cı il 20 yanvar, 1992-ci il 26 fevral, 1992-ci il 8 may tarixləridir... Bu siyahını Ermənistan tərəfindən Azərbaycan rayonlarının işğalı tarixlərini daxil etməklə uzatmaq olar. Ancaq indi bu o qədər də vacib deyil – işğal tarixləri artıq öz aktuallığını itirib, çünki Azərbaycan torpaqlarını geri qaytarıb.
Müstəqilliyin ilk illərində Azərbaycan bır sıra çətin sınaqlardan keçməli oldu. Bu həm Ermənistanın başlatdığı müharibə, vətəndaş qarşıdurması riski, ağır iqtisadi vəziyyət idi... Lakin bu faciəli hadisələr və problemlər Azərbaycan xalqının iradəsini və daha yaxşı gələcəyə inamını sındırmadı. Hər birimiz inanırdıq və ədalətin bərpa olacağı günü gözləyirdik.
Və həmin gün gəldi... 2020-ci il sentyabrın 27-si Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu.
Müharibə olsun
1992-1994-cü illərdə Ermənistanın başlatdığı müharibə Azərbaycana güclü zərbə vurdu. Bu həm ərazilərin 20 faizinin işğalı və 1 milyona yaxın qaçqın və məcburi köçkünlər, həm 20-ci əsrin 90-cı illərində ağır iqtisadi vəziyyətlə əlaqədardır. Bu, həmçinin Birinci Qarabağ müharibəsində məğlubiyyətə görə əzab çəkən Azərbaycan xalqının mənliyinə vurulan güclü zərbə idi.
Birinci Qarabağ müharibəsi sona çatdıqdan sonra ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları başlandı. İlk illərdə Azərbaycan vətəndaşlarının ədalətin qələbə çalacağına inamları vardı. Lakin ildən-ilə aydın olurdu ki, ATƏT-in Minsk qrupuna ümid etmək əbəsdir və Qarabağı və digər işğal olunmuş rayonları sülh yolu ilə qaytarmaq mümkün olmayacaq. İqtisadi və hərbi gücü artırmaq qalırdı ki, zərurət yaranacağı halda həm tarixən, həm də beynəlxalq hüquqa əsasən Azərbaycan xalqına aid olanları güc yolu ilə qaytaraq.
İyirmi il ərzində sülh danışıqları formal xarakter daşıyırdı. Bir neçə dəfə tərəflər hansısa razılıqların əldə olunmasına yaxın olublar, həmsədrlər bunu danışıqlarda irəliləyiş adlandırırdılar. Vəziyyət “Madrid prinsipləri” və ya “Kazan formulu” kimi tanınan konkret işlərə də çatırdı. Lakin reallıqda, təxminən 30 il davam edən danışıqlar ərzində tərəflər nizamlanmadan uzaq olublar. ATƏT-in Minsk qrupu bütün dünyanın qəbul etdiyi faktı – Qarabağ və Azərbaycanın digər ərazilərinin Ermənistan tərəfindən işğalını öz fəaliyyətinin əsası olaraq qəbul etmədi. Təcavüzkarı Azərbaycan ərazilərinin dərhal, tam və şərtsiz çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan tələblərin reallaşdırılmasına məcbur etmək əvəzinə, bütün bu illər ərzində vasitəçilər ancaq olurdu ki, Azərbaycanı Birinci Qarabağ müharibəsinin yekunlarına boyun əyməyə və mövcud status-kvoya əsaslanan danışıqlar aparmağa məcbur edirdilər.
Açıq deyək – biz hamımız yaxşı başa düşürdük ki, Qarabağ münaqişəsi yalnız hərbi yolla həll oluna bilər. Sülh danışıqları yalnız vaxtı uzadan və vasitəçilər tərəfindən təzyiq hiss etməyərək danışıqlarda iştirakın imitasiyası ilə məşğul olan Ermənistan üçün sərfəli idi. Eyni zamanda, bu illər ərzində Ermənistan cəbhə boyu hərbi təxribatlardan əl çəkməyib. Düzdür, hər dəfə Azərbaycan təxribatçıları öz yerlərinə oturdub, lakin dünya birliyi bir dəfə də olsun onları qınamayıb və İrəvan barəsində layiq olduğu sanksiyaları tətbiq etməyib.
Azərbaycan rəhbərliyi çox yaxşı anlayırdı ki, İrəvan danışıqların vaxtını, Qarabağın de-fakto işğalını dünya birliyinin düşüncəsində düe-yure olaraq möhkəmləndirmək məqsədilə mümkün qədər uzatsınlar. Erməni tərəfi də əsl niyyətini heç gizlətmirdi.
Bu vəziyyətdə Azərbaycan hakimiyyəti Ermənistanla danışıqlar aparıb, lakin paralel olaraq hadisələrin alternativ inkişafına hazırlaşırdı. Xüsusən ona görə ki, Azərbaycanın iqtisadi inkişafı ən müasir silahları fəal şəkildə almağa, ordunun peşəkarlığını artırmağa və s. imkan yaradırdı. Səmərəsiz danışıqlar nə qədər uzun çəkirdisə, müharibənin alternativsiz olduğu bir o qədər aydın olurdu.
2016-cı ilin aprel ayında dördgünlük müharibə baş tutdu və Qarabağ ətrafında dönüş hadisələrin baş verdiyini göstərdi. Bir neçə gün ərzində Azərbaycan hərbçiləri haqqında müxtəlif mif və əfsanələrin yayılan “Ohanyanın xətti”ni dağıtdılar.
Təhlükəni hiss edən Ermənistanın keçmiş hakimiyyəti kömək üçün Rusiyaya üz tutdu, müharibəni dayandırmağa yardım etmək məqsədilə müttəfiqə yalvardı. Həmin dövrdə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Qarabağ ətrafında işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı “kişi sözü” verdi. Ancaq dördgünlük müharibə sona çatandan bir neçə ay sonra Sarqsyan verdiyi vədlərindən imtina etdi, bunu onunla əsaslandırdı ki, Ermənistanda onu anlamazlar. Əlbəttə, Azərbaycanda Sarqsyanın vədləri ilə bağlı xəyal qurmurdular, çünki Xocalıda qadın və uşaqları qətlə yetirən, daha sonra isə verdiyi müsahibələrində bununla lovğalanan şəxsi kişi adlandırmaq və onun sözlərinə inanmaq çətindir. Vədinə əməl etməyən Sarqsyan nəinki rəsmi Bakının əsəblərini qıcıqlandırıb, həm də ona zamin duranları Azərbaycan qarşısında pərt edib.
2018-ci ildə Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndə Qarabağda ikinci maharibədən yayınmaq və hər şeyin sülh yolu ilə həll olunacağı ilə bağlı kiçik ümid vardı. O, Azərbaycanla sülh danışıqlarına razılıq verdi, lakin zaman istədi ki, ölkə daxilində rəqibləri ilə məsələni həll etsin və hakimiyyətini möhkəmləndirsin. Paşinyan hakimiyyətini möhkəmləndirən kimi – özünü itirdi və Qarabağ məsələsində təxribatlarla məşğul olmağa başladı. Gah bəyan etdi ki, “Qarabağ Ermənistadır”, gah da “Şuşada parlamentin yeni binasının” inşası planları barədə elan etdi. Paşinyanın və komandasının təxribatlarının ən yüksək nöqtəsi isə 2020-ci ilin iyulunda Tovuzda baş vermiş hərbi əməliyyatlar və müdafiə naziri David Tonoyanın “Qarabağda yeni müharibə - yeni ərazilərdir” bəyanatı oldu. Bu bəyanatlarla və hərəkətləri ilə Paşinyan və Co. Azərbacanla sülh danışıqları ilə bağlı bütün körpüləri faktiki olaraq yandırdı. Bakıda yaxşı başa düşürdülər ki, Paşinyan bundan sonra da hərbi təxribatlara əl atacaq, həm də buna görə beynəlxaq vasitəçilər onu cəzalandırmayacaqlar, əksinə olaraq, onun bütün hoqqalarına göz yumacaqlar. Pandemiya şəraitində Ermənistanda ağır iqtisadi, sosial və daxili siyasəsi vəziyyəti nəzərə alaraq, aydın məsələ idi ki, Paşinyandan yeni təxribat gözləmək uzun zaman tələb etmirdi. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Ancaq beynəlxalq hüquq mütəxəssisləri buna bir o qədər də diqqət ayırmadılar. Amma Bakıda hazır idilər...
Müharibənin yekunları
Daha sonra “Dəmir yumruq” adlandırılan Azərbaycan hərbi qulluqçularının əkshücum əməliyyatı 44 gün davam edib. Bu günlər ərzində Azərbaycan hərbçiləri 300-dən çox yaşayış məntəqəsini, 5 min kvadrat metrə yaxın ərazini işğaldan azad etdilər. Azərbaycan Ordusu biri-birinin ardınca rayon mərkəzlərini azad edirdi – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, strateji mühüm önəm kəsb edən Xocavənd rayonunun Hadrut qəsəbəsini azad edib, Laçın dəhlizinə çıxış əldə etdi. Bu hərbi kampaniyanın ən yüksək zirvəsi noyabrın 8-də Qarabağın incisi – Şuşa şəhərinin azad olunması oldu. Bundan sonra Paşinyan anlayıb ki, qarşıdurmanın faydası yoxdur və kapitulyasiya aktına imza atmağa tez zamanda razılıq verdi.
Azərbaycan, Ermənistan və RF liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı əsasında daha 3 rayon – Ağdam, Kəlbəcər və Laçın Azərbaycanın nəzarətinə qayıtdı. Bu rayonların ümumi sahəsi 5 min kvadratmetrə yaxındır və bir güllə atılmadan qaytarılması çox vacibdir.
İstənilən müharibə - qurbanlar deməkdir. Əkshücum əməliyyatı keçirirsənsə, düşməndən daha çox itkilərə hazır olmalısan. Ancaq İkinci Qarabağ müharibəsi bu stereotipi də qırdı. Azərbaycan Ordusu nəinki taktiki olaraq yaxşı hazılanıb, həm də əla silahlanıb. Azərbaycan Silahlı Qüvvələrin silahlanmasında texnoloji cəhətdən ultramüasir silahlar var, onlardan itkiləri minimallaşdırmaq məqsədilə istifadə olunub. Türkiyənin “Bayraktar”, İsrailin “Harop” PUA-larından fəal istifadə etməklə Azərbaycan Ordusu artıq ilk günlərdə düşmənin belini qırmağa, hava hücumundan müdafiə sistemlərini, radioelektron mübarizə vasitələrini sıradan çıxarmağa, müdafiə istehkamlarını dağıtmağa müvəffəq olub. Bəli, bu müasir silahlar Azərbaycan Ordusunun işini asanlaşdırdı, lakin məhz əsgər və zabitlər ərazilərin azad olunması ilə bağlı əsas vəzifəni icra ediblər. Bəs Azərbaycan hərbçiləri Şuşanı necə azad ediblər... İndiyədək bu barədə danışırlar, digər ölkələrin hərbçiləri tərəfindən bu əməliyyat təhlil edilir. Beləliklə, Azərbaycan mənəvi, texniki, maddi və peşəkar nöqteyi-nəzərindən müharibəyə hazırlıqlı idi. Bu amillərin birliyi “Dəmir yumruq” əməliyyatının uğurunu müəyyən etdi. İkinci Qarabağ müharibəsində Azərbaycanın itkiləri 3 min nəfərə yaxıln təşkil edib, baxmayaraq ki, Ermənistan tərəfi 8 mindən 10 min nəfərədək itki verib. Qarabağın və Şərqi Zəngəzurun azad olunmasını biz məhz Azərbaycan əsgərinə borcluyuq.
Bəs bundan sonra nə var?
İkinci Qarabağ müharibəsi tarixə döndü və Azərbaycanın tarixində hər zaman şərəfli dövr olacaq. Azərbaycan nəinki 1992-1994-cü illərin müharibəsinə görə Ermənistanla hesablaşdı, həm də bu ölkəni sosial, iqtisadi və siyasi problemlər girdabına düçar etdi, İrəvan rəhbərlər buradan tezliklə çıxa bilməycəklər.
Müharibə sona çatdı, ancaq Qarabağın kiçik hissəsində qanunsuz erməni qruplaşmalarının qalıqları hələ var, onların çıxarılması zaman məsələsidir. Ermənistanın özündə hələ də revanşı xəyal edən qüvvələr var. Lakin onların daha adekvat rəqibləri xəbərdarlıq edirlər ki, qüvvələrin hazırki balansında revanş cəhdi Ermənistana ötən ilin müharibəsindən baha başa gələ bilər. Hətta ola bilsin ki, Ermənistan onsuz da formal xarakter daşıyan dövlətçiliyindən məhrum olsun.
Hazırda Qarabağ məsələsi siyasi-iqtisadi vasitələrlə tamamilə həll olunub. Artıq aydındır ki, Qərbin ATƏT-in Minsk qrupunu reanimasiya etməklə bağlı bütün cəhdləri uğursuzluğa məhkumdur. 2021-ci ilin əvvəlindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu və ya digər formada “Qarabağda münaqişənin tam həlli” məqsədilə Azərbaycanla Ermənistan arasında danışıqların zəruriliyi barədə bəyan edirlər, Qarabağ üçün hansısa status barədə söz açırlar. Ancaq rəsmi Bakı bu çağırışlara sadəcə olaraq məhəl qoymur. Təxminəın 30 il ərzində həmin vasitəçilər Azərbaycanı aldadıblar. İndi biz onlara da borcumuzu qaytarırıq. Hər kəs, o cümlədən həmsədrlər prezident Əliyevin prinsipiallığı barədə məlumatlıdır. Beləliklə, həmsədrlər “ATƏT MQ-nin mühüm rolu və münaqişənin həll olunmaması” barədə nə qədər çox danışsalar, Bakıya səfər etmək şansları bir o qədər azalır. Bakıya gəldikləri zaman isə mətbuatda onların adları çəkilmir, onları yalnız müşahidə edən şəxslər qismində fotoda görmək mümkündür. Vəssalam.
Bəli, bu gün həlli tələb olunan məsələlər qalmaqdadır. Bu, Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyətinin effektivliyinə aiddir, hansılar ki, daha çox başqa işlərlə məşğul olurlar, nəinki birbaşa vəzifələrinin icrası ilə. Digəı məqamlar da var. Lakin unutmayaq ki, müharibə sona çatandan sonra 10 aydan bir qədər çox vaxt keçib və bu dövr ərzində bütün məsələləri birdən həll etmək mümkün deyil. Xüsusən ona görə ki, müharibənin yekunları xoşlarına gəlməyən bədxahların sayı hələ də çoxdur və onlar hər zaman bizə əngəl törətməyə hazırdılar. Buna görə, Azərbaycan tədricən, addım-addım siyasi, iqtisadi, lazım gələrsə, hərbi yolla maraqlarını irəliləyir və bu məsələləri həll edir.
Qarabağa və Şərqi Zəngəzura həyat vermək
Hərbi əməliyyatlar sona çatandan sonra Azərbaycan azad olunmuş ərazilərin – Qarabağın və Şərqi Zəngəzurun bərpası işlərinə başlayıb. Həmin ərazilərdə işlərin həcmi çox böyükdür, çünki erməni vandalları praktiki olaraq hər şeyi məhv ediblər. İlkin qiymətlndirmələrinə görə, regionun bərpasına ən azı $60 milyard lazımdır!
Azərbaycan çox tez bərpa tempinə başlayıb və əsas məqsəd – keçmiş qaçqın və köçkünləri tezliklə yurdlarına geri qaytarmaqdır, onlar bunu çox uzun müddət gözləyiblər. İndi Qarabağda və Şərqi Zəngəzurda energetika, nəqliyyat, mənzil tikintisi, kommunal infrastruktur sahələrində genişmiqyaslı layihələr reallaşdırılır. Bu işlərə başlanandan cəmi 9 ay keçib, çox işlər artıq görülüb, növbəti dövrlərdə bərpa işləri ancaq sürətləndiriləcək. Buna şübhə olmamalıdır. Beləliklə, Azərbaycan nəinki Qarabağa və Şərqi Zəngəzura yeni həyat verib, həm də hələ də buna şübhə edən hər kəsə sübut edib ki, “Qarabağ Azərbaycandır!”. **
A.Əzizov