Prezident İlham Əliyev Türkmənistanın müstəqilliyinin 30 illiyi münasibətilə bu ölkənin Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib. Bu barədə dövlət başçısının saytında dərc olunmuş məlumatda deyilir.
“Məmnunluqla qeyd etmək istəyirəm ki, müstəqillik illəri ərzində ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənmiş, qarşılıqlı faydalı əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və yeni məzmun kəsb etmişdir”, - deyə təbrikdə bildirilir.
İ.Əliyev möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərin, zəngin potensiala malik ikitərəfli və çoxtərəfli əməkdaşlığın bundan sonra da dinamik və ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəyinə əminlik ifadə edib.*
A.Salayeva