Azərbaycanda koronavirus infeksiyasına 1 min 099 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 479,814 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 128 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər (ötən gün 21 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 433 nəfərə çatıb.
Virusa yoluxmuş 449,047 min nəfər (sutka ərzində +2 min 404) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 24 min 334 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 274 (ötən gün 11 min 505 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 814,503 min test aparılıb.*
A.Salayeva