Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də saat 10:00-da Anım Günü ilə əlaqədar xalqa müraciət edəcək. Bu barədə dövlət başçısının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Müraciət televiziya kanalları ilə yayımlanacaq.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.*
A.Salayeva