Azərbaycanda koronavirus infeksiyasına 1 min 029 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 480,843 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 099 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər (ötən gün 18 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 457 nəfərə çatıb.
Virusa yoluxmuş 451,727 min nəfər (sutka ərzində +2 min 680) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 22 min 659 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 151 (ötən gün 12 min 274 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 823,654 min test aparılıb.*
A.Salayeva