Azərbaycanda sənaye məhəllələrininn rezidentlərinin investisiya qoyuluşları 74,5 milyon manata (cari məzənnə ilə $43,8 milyon) çatıb. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Hazırda ölkədə 5 sənaye məhəlləsi yaradılıb – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur” Sənaye məhəllərində 36 rezident qeydiyyatdan keçib, onlardan 16-sı fəaliyyətə başlayıb”, - nazirlikdən qeyd ediblər.
Vurğulanıb ki, növbəti mərhələdə sənaye məhəllələrinə 43 milyon manat sərmayə yatırmaq planlaşdırılır.
“İndiyədək sənaye məhəllələrinin rezidentləri tərəfindən 109 milyon manat məbləğində məhsul istehsal olunub”, - nazirlikdən əlavə ediblər. **
B.Rüstəmbəyov