Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan tərəfindən ölkəmiz üçün yeni təhlükə yaranacağı halda Bakı qəti cavab verəcək.
“Erməni faşizmi məhv edilib. Ancaq indiyədək onun təzahürləri müşahidə olunur. Bu, ilk növbədə, Ermənistan hökuməti üçün çox təhlükəli tendensiyadır. Mən artıq demişəm və bu gün, Anım Günündə şəhidlərimizin əziz ruhları qarşısında bir daha demək istəyirəm: əgərgörsək ki, erməni faşizmi baş qaldırır, xalqımız və dövlətimiz üçün yeni təhlükə mənbəyi yaranır, tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik”, - Əliyev bazar ertəsi 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.
Əliyev əlavə edib: “Bunu hər kəs bilsin! Heç kim unutmasın ki, müharibə və Qələbə simvolu olan “Dəmir yumruq” yerindədir!”. **
X.Nəsirzadə