2020-ci ilin payızında Qarabağda müharibə sona çatdıqdan sonra ATƏT-in Minsk qrupu Azərbaycana heç bir təklif təqdim etməyib. Bu barədə Azərbaycan prezdenti İlham Əliyev bəyan edib.
“Bu günə gəlincə isə, deyə biərəm ki, Minsk qrupunun fəallığını görmürük. Danışıqlar prosesi dövründə onlar səfərlər edirdilər, təşəbbüslərlə çıxış edirdilər, prezidentlər səviyyəsində dialoqun gündəliyini müəyyən edirdilər, müzakirələr üçün mövzular təklif edirdilər, hər iki tərəf konsensus əsasında həmin məsələlərlə bağlı danışıqlar aparırdı. Bu gün isə, baxmayaraq ki, müharibədən bir il ötüb, onlardan heç bir təklif yoxdur”, - Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, müharibə sona çatdıqdan sonra həmsədrlər yalnız bir dəfə Azərbacana səfər ediblər. “Onlar bir dəfə Azərbaycana səfər ediblər, və mən dedim ki, təkliflərlə çıxış etsinlər. Biz bu məsələni həll etdik. Dağlıq Qarabağ münaqişəsi sona çatdı. Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil. Qarabağ və Şərqi Zəngəzur regionları var. Bu vəziyyətdə Minsk qrupunun fəaliyyəti üzrə yeni məsələlər formalaşdırılmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi sona çatıb. Bu mərhələdə nə etmək olar?”, - dövlət başçısı vurğulayıb.
Əliyevin fikrincə, ATƏT MQ-nin həmsədrlərinin fəaliyyət sahəsi aşağıdakı məqamları özündə ehtiva etməlidir: tərəflər arasında etimadın möhkəmlənməsi üzrə tədbirlər, daha sonra yolların, dəhlizlərin açılması, “yəni sülh prosesinə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dəstək, bizim təklif etdiyimiz kimi, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıl istiqamətində səy göstəmək lazımdır”.
“Bir daha demək istərdim ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupundan heç bir təklif almamışıq. Təşəbbüslər olmadığına görə, Minsk qrupunun fəaliyyəti barəsə danışmaq yersizdir. Artıq bir il ötüb. Siz nə təklifn edirsiniz? Deyirsiniz ki, problemi həll etmək lazımdır. Mən, Azərbaycanın adından bəyan edirəm ki, münaqişə həll olunub. Öz gücümüzlə, təzyiqlərə baxmayaraq. Demək, təkliflər daxil olmalıdır. Onlar nə ilə məşğul olmalıdırlar? Mən oz fikrimi bildirdim. Qalanı – onların məsuliyyətindədir”, - Azərbaycan prezidenti əlavə edib. **
A.Əzizov