Rusiya bəyan edir ki, Qarabağ Azərbaycan ərazisidir, bu halda həmin regionda olan rus sülhməramlıları bu mövqeyə uyğun olaraq hərəkət etməlidirlər. Bunu Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Prezident Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib ki, “hələlik Azərbaycanı qane etməyən məsələlər, tələblər qalmaqdadır”.
“Bu, ilk növbədə, xarici vətəndaşların torpaqlarımıza qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim ərazidir. Bizim icazəmiz olmadan heç bir xarici vətəndaşlar və ya nəqliyyat vasitələri bura daxil ola bilməz. Bizdən icazə alınmalıdır. Lakin, deyə dəqiq olaraq bilərəm ki, bu məsələ hələ ki, yüz faiz öz həllini tapmayıb. Eyni zamanda, qeyd etməliyəm ki, Qarabağa xarici vətəndaşların qanunsuz səfərləri çox nadir hallarda qeydə alınır. O cümlədən, qeyd etmək istərdim ki, siyasətimiz və inadımız sayəsində buna son qoyulur”, - Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan “özünün suverenliyi və ərazi bütövlüyünə tam hörmət olunmasını” istəyir.
“Rusiya rəsmiləri, yüksək vəzifəli şəxsləri bəyan edirlər ki, Qarabağ Azərbaycan ərazisidir. Bu halda, orada xidmət edən hərbi qulluqçular (rus sülhməramlıları - İF) öz fəaliyyətlərini bu bəyanatalara uyğun olaraq həyata keçirməlidirlər”, - Əliyev yekun vurub.
Prezident əlavə edib ki, Azərbaycan öz mövqeyini Rusiya tərəfinə çatdırır, ədalətli tələblərini bildirir. **
B.Rüstəmbəyov