Azərbaycan prezidenti İlham Əliyev Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə Azərbaycan, RF və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli əməkdaşlıq formatını vacib hesab edir.
Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində bəyan edib ki, baş nazirlərin müavinləri səviyyəsində işçi qrupu 2021-ci ilin yanvar ayında Azərbaycan və RF prezidentləri, həmçinin Ermənistanın baş nazirinin üçtərəfli görüşünün yekunlarına dair formalaşdırılıb.
“Bu qrupda Zəngəzur dəhlizinin açılması üzrə iş aparılırdı, lakin iyunun əvvəlində Ermənistanda seçkilərlə əlaqədar bu qrupdakı fəaliyyətini dayandırdı. Seçkilər iyun ayında keçirilib, avqustun ortalarında isə bu qrup növbəti görüş keçirib. Onlar yenidən gələn ay görüşəcəklər. Hesab edirəm ki, bu qrup mühüm formatdır, çünki bəticə olmasa brelə, təmas mövcuddur. Bu vəziyyətdə təmas – zəruri alətdir və biz çox məsələlər həmin təmasların yardımı ilə həll oluna bilər”, - dövlət başçısı vurğulayıb. **
E.Şəfiyev