2021-ci il noyabrın 12-də İstanbulda Türk Şurası dövlətlərinin başçılarının növbəti, sayca 8-ci sammiti baş tutacaq.
“Bu gün Türk Şurası dövlətlərinin XİN başçılarının iclasında noyabrın 12-də İstanbulda keçiriləcək təşkilata üzv ölkələrinin dövlət başçılarının 8-ci sammitinin gündəliyi müzakirə olunub. Həmin sammitdə Şura üçün tarixi addımlar atınkarada lacaq”, - Çavuşoğlu bazar ertəsi Ankarada Türk Şurası dövlətlərinin XİN başçılarının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Türkiyəli nazir əlavə edib ki, İstanbul sammitində Türkmənistan müşahidəçi qismində Türk Şurasına qatılacaq.
“Bununla da bizim “ailə” fotomuz tamamlanacaq”, - Çavuşoğlu vurğulayıb.
Türk Şurası 2009-cu ildə yaradılıb. Şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Macarıstan təşkilatda müşahidəçi qismindədir. **
N.Abbasova