Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında münasibətlərin səviyyəsini rəsmən qaldırdı. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“İkinci Qarabağ müharibəsindən sonra bizim mümnasibətlərimiz daha yüksək səviyyəyə qalxdı. Müharibədən sonra mən Türkiyə prezidentini Şuşaya dəvət etdim. Mən dedim ki, prezident Ərdoğandan öncə digər ölkələrdən heç kim Şuşaya səfər etməyəcək. Türkiyədən nümayəndə heyəti var idi, ora səfər etmək istəyirdilər. Mən onlara dedim ki, “çox sağ olun, nacaq gözləyin”. Əvvəlcə mənim qardaşım gələcək, sonra sizin üçün yol açıq olacaq. Şuşa Bəytannaməsinin imzalanması münasibətlərimizi “de-fakto”-dan “de-yure” müttəfiq səviyyəsinə qaldırdı”, - Əliyev Anadolu agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı və Ankara bütün sahələrdə müttəfiqlik münasibətlərində olub və Şuşada bəyannamənin imzalanması ilə (2021-ci il 15 iyun tarixində - İF) bunu rəsmi olaraq qeydə aldılar. “Bu, bizim gələcək fəaliyyətimizin istiqamətidir. Hesab edirəm ki, günü gündən möhkəmlənən münasibətlər, genişlənən birgə layihələr, birliyimiz və qardaşlığımız bütün qonşu dövlətlər üçün nümunədir. Əgər bütün qonşularımız öz aralarında Türkiyə ilə Azərbaycan kimi münasibətlər təşkil etsəydilər, dünyada müharibə olmazdı”, - Əliyev əlavə edib. **
A.Əzizov