Azərbaycanda koronavirus infeksiyasına 558 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 481,401 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 029 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər (ötən gün 24 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 476 nəfərə çatıb.
Virusa yoluxmuş 452,968 min nəfər (sutka ərzində +1 min 241) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 21 min 957 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 684 (ötən gün 9 min 151 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 830,338 min test aparılıb.**
X.Nəsirzadə