Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bazar ertəsi Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
“Həsənov Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib”, - Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
Öz növbəsində, Deren ölkələrimiz arasında hərbi sahədə birgə sənayenin inkişaf etidirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
“Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə ediblər, iki ölkə ordularının müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - nazirlikdən qeyd olunur. **
E.Şəfiyev