BMT-nin baş katibi Antoniu Quterriş ümid edir ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində iki ölkənin XİN başçılarının görüşündən sonra Azərbaycan və Ermənistan dialoqu davam etdirəcək.
“Baş katib Dağlıq Qarabağda və onun ətrafında münaqişədən bir il sonra nazirlər səviyyəsində birbaşa dialoqun bərpasını alqışayır və ümid edir ki, bu səylər davam etdiriləcək və qalan məsələlərin həlli və sülh həllinin əldə olunması üzrə daha geniş dialoqun bir hissəsi olacaq”, - baş katibin ofisinin bazar ertəsi yaydığı bəyanatda deyilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Quterriş bu istiqamətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinin tam dəstəklədiyini təsdiq edib.
BMT-nin baş katibi regionda əhalinin rifahı üçün bütün səviyyələrdə sülh və əməkdaşlığın irəliləməsinə diqqəti yönəltməyə çağılrıb. “BMT daimi humanitar fəaliyyəti, bərpa, inkişaf və sülh quruculuğu ilə bu cür səyləri dəstəkləməyə hazırdır”, - bəyanatda vurğulanır. **
A.Əzizov