“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC Sumqayıt Kimya Sənaye Parkının 167,66 hektar və 94,13 hektar ərazilərinin, Pirallahı Sənaye Parkının şəhərsalma əsaslandırılması layihələrinin, habelə Ağdam Sənaye Parkının və Yevlax rayonu ərazisində yaradılacaq pilot aqroparkın fəaliyyətinin təşkili ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün podratçı seçir.
Seçim təkliflər sorğusu üsulu ilə aparılır.
Təkliflər 14 oktyabr saat 17.40-dək qəbul olunur.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı və Balaxanı Sənaye Parkının operatorudur.*
B.Rüstəmbəyov