İraq Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda maraqlıdır. Bunu İraq Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al-Zuhiri deyib.
Bu gün Bakıda Azərbaycan ilə İraq arasında işgüzar əməkdaşlığın inkişafına həsr olunmuş Dəyirmi Masa keçirilib.
“İraq Azərbaycana investisiya qoyuluşunda, Azərbaycan məhsullarının İraq bazarına çıxarılmasında, iş adamları arasında əlaqələrin genişləndirilməsində maraqlıdır”, - deyə Al-Zuhiri bildirib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Agentlik Azərbaycan və İraq arasında işgüzar əməkdaşlığın genişləndirilməsi üçün birgə platformanın yaradılmasını dəstəkləməyə hazırdır.
Dəyirmi Masa çərçivəsində Azərbaycanın Ticarət və Sənaye Palatası və İraq Ticarət Palataları Federasiyası arasında əməkdaşlığa dair Saziş, eləcə də KOBİA və İraq Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.*
B.Rüstəmbəyov