Azərbaycanda koronavirus infeksiyasına 885 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 482,286 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 558 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər (ötən gün 19 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 498 nəfərə çatıb.
Virusa yoluxmuş 455,082 min nəfər (sutka ərzində +2 min 114) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 20 min 706 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 525 (ötən gün 6 min 684 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 839,863 min test aparılıb.*
X.Nəsirzadə