Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması nəticəsində erməni hərbi qulluqçunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumatı təkzib edib.
“Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil”, - deyə nazirliyin məlumatında bildirilir.*
E.Şəfiyev