Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.
G.Anaşkin bu postda general-mayor Mixail Kosobokovu əvəz edib.
“Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.*
E.Şəfiyev