“Azərsu” ASC drenaj nasosları və güc kabellərinin satınalınmasına 2,6 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, bu məqsədlə “Azərsu” 2 müqavilə imzalayıb.
Drenaj və gidrofor nasosların satınalınmasına dair birinci müqavilə “Kaskad-Hidro” MMC ilə imzalanıb. Müqavilənin dəyəri – 2 milyon 49,553 min manatdır.
Güc kabellərini satınalınmasına dair ikinci müqavilə “Buta Supply” ASC ilə imzalanıb. Müqavilənin dəyəri – 632,5 min manatdır. **
B.Rüstəmbəyov