Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfər çərçivəsində həmkarı Nurlan Niqmatulin ilə görüşüb.
“Qafarova və Niqmatulin parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə ediblər, Qazaxıstan və Azərbaycan dövlət başçılarının razılıqlarının qanunvericilik nöqteyi-nəzərindən dəstəklənməsi, o cümlədən iki ölkənin hərtərəfli əlaqələrinin inkişafı üçün böyük imkanların olduğunu qeyd ediblər”, - Qazaxıstan Məclisi məlumat verir.
Niqmatulin qeyd edib ki, Qazaxısatn prezidenti Qasım-Jomart Tokayev Bakı ilə əməkdaşlığın dərinləşməsinə mühüm önəm verir.
“Bizim qardaş öılkələri türk dünyasına aid olmaları, ümumi mədəniyyət, ümumi ənənələr, ümumi keçmiş tarif birləşdirir”, - məlumatda Qafarovanın sözlərinə istinad olunur.
Parlamentlərin sədrləri əməkdaşlıq üzrə qrupların, profil komitələrinin birgə işinin aktivləşməsində, qanunvercilik təcrübəsinin mübadiləsində maraqlı olduqlarını bildiriblər. Beynəlxalq parlament təşkilatları çərçivəsində Qazaxıstan və Azərbaycan deputatlarının qarşılıqlı əlaqələri barədə söz açılıb. **
E.Şəfiyev