Bakı Nəqliyyat Agentliyi idxal olunan yüklər (320 ədəd avtobus və əlavə 20 digər avadanlıq) ilə əlaqədar olaraq gömrük prosedurlarının rəsmiləşdirilməsi üçün broker seçir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, seçim kotirovka sorğusu üsulu ilə həyata keçirilir.
Təkliflər 13 oktyabr saat 13:00-dək qəbul olunur.
Xəbər verildiyi kimi, 2020-ci ilin dekabr ayında Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2021-ci ildə 355 ədəd sərnişin avtobusu alınacaq. 205 ədəd avtobusun uzunluğu 9, 150 ədəd avtobusun uzunluğu isə 12 metrdir.Avtobuslar Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
B.Rüstəmbəyov