Ermənistan-Azərbaycan sərhədində atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Monitorinq Mərkəzi bu regionda sabitliyin ciddi qarantıdır. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“Azərbaycanla Ermənistan arasında sərhəddə atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəal fəaliyyət göstərir. Bu əməkdaşlıq sabitliyin və tərəflərin barışığa yönələn gələcək addımları ilə bağlı mövqelərinin uzlaşdırılmasının ciddi qarantıdır”, - Putin Rusiya-Türkiyə danışıqları zamanı bildirib. **