Gürcüstan Azərbaycanla ikitərəfli əlaqələrin güclənməsində maraqlıdır. Bu barədə Gürcüstanın baş naziriİrakli Qaribaşvili çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.
“Gürcüstan Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin güclənməsində maraqlıdır. Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq”, - Qaribaşvili bildirib.
O cümlədən, Gürcüstanın baş naziriqeyd edib ki, bu gün iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində ikitərəfli gündəlik müzakirə ediləcək. “Əminəm ki, bu gün biz gələcəyimizlə bağlı bir çox məsələləri müzakirə edəcəyik”, - Qaribaşvili deyib.
Sonra İlham Əliyev və İrakli Qaribaşvili işçi nahar etdilər. **
E.Şəfiyev