Çexiyanın xarici işlər naziri Yakub Kulhanek Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Çexiya mətbuatı məlumat verir.
Çexiyalı nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, iqtisadiyyat naziri Mikayıl Cabbarovla danışıqlar aparacaq və Çexiya-Azərbaycan biznes forumunun açılışında iştirak edəcək. Bununla da Çexiya şirkətlərinin infrastruktur layihələrində və ticarət tenderlərdə iştirakda maraqlı olduqlarını təsdiq edəcək.
Səfər zamanı, həmçinin enerji sahəsində əməkdaşlığa dair saziş imzalanacaq. **
A.Salayeva