Azərbaycanda koronavirus infeksiyasına 842 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 483,128 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 885 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər (ötən gün 22 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 513 nəfərə çatıb.
Virusa yoluxmuş 457,144 min nəfər (sutka ərzində +2 min 062) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 19 min 471 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 668 (ötən gün 9 min 525 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 849,531 min test aparılıb.**
A.Salayeva