Mədəniyyət Nazirliyi “Vest-LTD” QSC ilə mədəniyyət müəssisələrində təmir işlərinin həyata keçirilməsi ilə bağlı ümumilikdə 2 milyon 997,618 min manat dəyərində iki müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, birinci müqavilə mədəniyyət müəssisələrinin əsaslı təmir işlərinin satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 2 milyon 507,976 min manatdır.
İkinci müqavilənin predmeti mədəniyyət müəssisələrinin cari təmir işlərinin satınalınmasıdır. Müqavilənin dəyəri 489,642 min manatdır.*
X.Nəsirzadə